RU

“Komitəyə yeni layihələr təqdim edəcəyik”

"Milli Olimpiya Komitəsinin (MOK) Atletlər Komissiyasının 2026-cı il üzrə ilk iclasında həyata keçirəcəyimiz layihələr barədə müzakirələr apardıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri Atletlər Komissiyasının üzvü Rəsul Çunayev deyib.

O bildirib ki, hazırlanan layihələr Beynəlxalq Olimpiya Komitəsinə (İOC) təqdim olunacaq:

“Bu layihələri IOC üçün hazırlayırıq. Onlar gənc idmançıların şəxsi inkişafı, sosial media hesablarının idarə olunması, həmçinin beynəlxalq arenada qələbə qazandıqdan sonra xarici media nümayəndələri ilə düzgün ünsiyyətqurma bacarıqlarını əhatə edir.

Bundan əlavə, idmançılar üçün xarici dil kurslarının təşkili ilə bağlı layihələrimiz də var”.

Milli Olimpiya Komitəsinin təşəbbüsü və Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə keçirilən tədbir barədə də danışan veteran güləşçi gənclər arasında güləşə marağın böyük olmasının sevindirici olduğunu söyləyib:

“Gənclərlə maraqlı görüşümüz baş tutdu. Biz Olimpiyaçılar olaraq gənclərimizin bizdən də uğurlu olmasını arzulayırıq.

Onlar bizdən daha güclü və çevik olmalıdırlar. Bunun üçün dövlətimiz də səylə çalışır, öz dəstəyini əsirgəmir”.

Избранный
34
sportinfo.az

1Источники