RU

Salah azad agent kimi klubdan ayrılacaq

Muhammed Salah yayda "Liverpul"dan azad agent kimi ayrılacaq.

Sportal.az xəbər verir ki, tərəflər 2027-ci ilə qədər nəzərdə tutulan müqavilənin ləğvi barədə razılığa gəlib.

Bundan əvvəl klub oxşar şəkildə Jürgen Klopp ilə də yollarını ayırmışdı. Alman mütəxəssis 2024-cü ildə, müqaviləsi 2026-cı ilə qədər olsa da, komandadan getmişdi.

Fabritsio Romano isə bildirir ki, “Liverpul” Salahın İngiltərədə tarix yazdıqdan sonra karyerasında yeni mərhələyə keçmək istəyini qəbul edib.

saytlarin hazirlanmasi

Избранный
37
1
sportal.az

2Источники