RU

Pulişiç “Milan”dan ayrılacağı ilə bağlı şayiələrə münasibət bildirib

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

“Milan”ın hücumçusu Kristian Pulişiç İtaliya klubundan ayrılacağı ilə bağlı şayiələrə cavab verib.

İdman.Biz-in xəbərinə görə, daha əvvəl “Mançester Yunayted”in oyunçu ilə maraqlandığı bildirilirdi.

“Çox adam məndən bu şayiələrin nə demək olduğunu soruşur və mən də deyirəm ki, “mən bunu heç görməmişəm, bilmirəm”. Düşünürəm ki, hər şeyin bir vaxtı və yeri var. Adətən bu, mövsümün ortasında, vacib oyunlarda oynadığım zaman baş vermir. Hazırda agentimlə klublar və ya transferlər barədə müzakirə aparmıram. Bu, mənə elə də təsir etmir. Mən olduğum yerdən məmnunam. Ona görə də sadəcə buna diqqət yetirməyə çalışıram”, - deyə Pulişiç “Men's Journal”a bildirib.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
1
icma.az

2Источники