RU

Suriya ölkə üzərindən uçuş məhdudiyyətlərini daha iki gün uzatdı

BAKI, 25 mart. TELEQRAF

Suriya aviasiya hakimiyyəti ölkənin hava məkanında mövcud uçuş məhdudiyyətlərini daha iki gün uzadıb.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edilib ki, o vaxta qədər yalnız Hələb hava limanı sərnişin uçuşları üçün açıqdır. Hələbə və Hələbdən uçuşlar üçün üç uçuş dəhlizi ayrılıb: ikisi Türkiyə sərhədinə, biri isə Aralıq dənizinə.

Suriya hava məkanına məhdudiyyətlər ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı ilə əlaqədar olaraq 28 fevralda tətbiq edilib.

Избранный
55
teleqraf.com

1Источники