RU

Televiziya həkimlərinə inam azalır – insanlar niyə narazıdır?

Son illər Azərbaycanda televiziya efirində tez-tez görünən bəzi “həkim”lər cəmiyyətdə ciddi narazılıq yaradıb. Verilişlərdə çıxış edən şəxslərin peşəkarlığı sosial şəbəkələrdə geniş müzakirə olunur.

NOCOMMENT.az xəbər verir ki, vətəndaşlar artıq həkim seçiminin yanlış istiqamətə yönəldiyini düşünür. Onların fikrincə, bəzi insanlar həkimi tibbi bilik və təcrübəsinə görə deyil, televiziyada nə qədər tez-tez göründüyünə görə seçir. Bu isə sağlamlıq baxımından ciddi risklər yaradır.

Mütəxəssislər bildirirlər ki, son dövrlərdə maddi imkanı olan bəzi şəxslər özlərini reklam vasitəsilə “tanınmış həkim” kimi təqdim etməyə nail olurlar. Televiziya və sosial media platformalarında aktiv görünmə isə cəmiyyətdə süni nüfuz formalaşdırır. Nəticədə pasiyentlər real peşəkarla reklam üzərindən tanınan şəxsi ayırd etməkdə çətinlik çəkirlər.

Ekspertlər xəbərdarlıq edir ki, həkim seçimi məişət əşyası seçimi kimi aparılmamalıdır. Reklam, bahalı xidmət və ya dəbdəbəli klinika yüksək keyfiyyətin göstəricisi deyil. Əsas meyarlar həkimin:

– təhsili və ixtisası
– praktik təcrübəsi
– tibbi nailiyyətləri
– real pasiyent rəyləri

olmalıdır.

Sosial şəbəkələrdə səsləndirilən fikirlər də vəziyyətin ciddiliyini göstərir: “Həkim televizor deyil ki, reklamına baxıb alasan”, “Bahalı olmaq peşəkarlıq demək deyil” kimi rəylər geniş yayılıb.

Mövzu ilə bağlı media ekspertləri vətəndaşlara çağırış edirlər ki, sağlamlıqlarını riskə atmamaq üçün seçim edərkən populyarlığa deyil, real tibbi göstəricilərə üstünlük versinlər.

Nərmin
NOCOMMENT.az

Избранный
32
nocomment.az

1Источники