RU

Azərbaycanda böyrək xəstələrinin sayı niyə çoxalıb?VİDEO

Böyrək xəstələrinin sayı ilbəil artır. Hətta onların arasında yeni doğulmuş və yetkinlik yaşına çatmayan uşaqlar da var. 2011-ci ildən bu günə qədər 56 uşağa böyrək köçürmə əməliyyatı həyata keçirilib. Bunlardan ən kiçiyinin 4 yaşı var.

Xezerxeber.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssisi, həkim nefroloq Hikmət İsmayılovun sözlərinə görə, son illərdə xroniki böyrək xəstəliklərinin gəniş yayılması mütəxəssisləri narahat edir.

Böyrək xəstəliyinin yaranmasında ilk sırada şəkərli diabet əsas yer tutur. Bundan başqa bir sıra xəstəliklər də var ki, böyrəyin funksiyasının zəifləməsinə gətirib çıxarır. Bu xəstəliklərdən əziyyət çəkənlər risk qrupuna daxildirlər.

Hikmət İsmayılov bildirib ki, xroniki böyrək xəstəliyinin törədici səbəbindən, mərhələsindən və inkişaf dərəcəsindən asılı olaraq bəzən xəstədə heç bir şikayət müşahidə olunmaya bilər. Bununla yanaşı, böyrək nahiyəsində ağrılar, tez yorulma, halsızlıq, iştahasızlıq, ödemlər, yüksək arterial təzyiq, ürəkbulanma və qusma kimi əlamətlər də müşahidə oluna bilər. Eyni zamanda narahat ayaqlar sindromu, qaşınma, əzələ qıcolmaları kimi şikayətlər də mümkündür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
11
2
xezerxeber.az

4Источники