RU

Ahıl yaşında qayıtdığı Kəlbəcər ömrünə ömür qatırVİDEO

Azad edilən, abadlaşdırılan, günü-gündən inkişaf edən bölgələrə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Xezerxeber.az xəbər verir ki, yenidən qurulan müasir Kəlbəcər şəhərinə geri dönənlər arasında Babayevlər ailəsi də var. Ailə başçısı, 84 yaşlı keçmiş həkim Həsən Babayev deyir ki, 51 yaşında tərk etdiyi doğma Kəlbəcərə ahıl yaşında qayıtsa da, burada keçirdyi hər gün onu gümrahlaşdırır, ömrünə ömür qatır.

Bu gün kəlbəcərlilər doğma yurda təkcə illərlə həsrət qaldıqları ocaqlarında yaşamaq üçün yox, həm də qurub-yaratmaq, böyük qayıdışın iştirakçılaırndan olmaq üçün dönürlər. Onların hər birinin qəlbində Kəlbəcərin parlaq gələcəyinə böyük bir inam var.

Hazırda Kəlbəcərdə dövlət başçısı tərəfindən təməli qoyulmuş bir sıra layihələrin icrası davam edir. Yeni yaşayış məhəllələri, təhsil kompleksi, hotel və istirahət parkı tikilir, yollar və tunellər inşa olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
17
xezerxeber.az

1Источники