RU

Salyanda minik və yük avtomobilləri TOQQUŞDU

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Salyanda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Quyçu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı minik avtomobili "Mercedes Ateko" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində VAZ-2107 markalı avtomobildə olanlar - Salyan rayon sakinləri - 1986-cı il təvəllüdlü Zaur Elxan oğlu Ramazanov, 1981-ci il təvəllüdlü Zamin Hilal oğlu Həsənov və 1984-cü il təvəllüdlü Pərvin Siyasət oğlu İslamov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
8
12
avtosfer.az

10Источники