RU

Sabirabadda fermerlərin suvarma PROBLEMİVİDEO

Əkin sahələrinin su ilə təmin olunması üçün çəkilmiş beton kanallar demək olar ki, istismar müddətini başa vurub. Nəticədə nasoslar vasitəsi ilə kanallara ötürülən suyun bir hissəsi itkiyə gedir.

Xezerxeber.az xəbər verir ki, görüntülər Sabirabadın Poladtuğay kəndindəndir. Sakinlərin sözlərinə görə, xüsusilə yaz və yay mövsümündə suvarma problemi daha qabarıq şəkildə hiss olunur. Fermerlər bildirirlər ki, vaxtında  əkin sahələrini suvara bilməmələri məhsuldarlığa təsir edir.

Sakinlər aidiyyəti qurumlardan beton su kanallarının əsaslı təmir olunmasını istəyirlər. Bildirirlər ki, artıq pambıq və bostan sahələrinin suvarılması işlərinə başalnılıb. Əgər beton kanallar bərpa edilib lidən təmizlənməsə, builki suvarma mövsümü fermerlər üçün çətin keçəcəck.

Məsələ ilə bağlı Sabirabad Suvarma Sistemləri idarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, problemdən onlar da xəbərdardırlar və artıq həmin əraziyə texnika göndərilib. Poladtuğay kəndi ərazisindən keçən kanalın lildən təmizlənməsi işləri aparılıb. Kanalın sağ və sol hissəsi torpaqla doldurularaq su itkisinin qarşısı alınıb. Kanalın yenidən çəkilməsinə gəldikdə isə bu işlərin mərhələli şəkildə aparıldığı bildirilib. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
13
1
xezerxeber.az

2Источники