RU

Bəzi küçələrdə hərəkət məhdudlaşdırılacaq

Abbasqulu ağa Bakıxanov küçəsinin Cəlil Məmmədquluzadə küçəsindən Səməd Vurğun küçəsinədək, həmçinin Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Landau küçəsinədək olan hissələrində təmir işləri aparılacaq.

Milli.Az xəbər verir ki, bununla əlaqədar olaraq hər iki istiqamətdə hərəkət 25 mart saat 08:00-dan 26 mart saat 22:00-dək məhdudlaşdırılacaq.

Sürücülərdən alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.

Milli.Az

Избранный
22
16
milli.az

10Источники