RU

Buzovnada qaya daşlarını zədələyən şəxs saxlandı, cinayət işi başlandı...



Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən qoruq ərazisində qaya daşlarının qəsdən məhv edilməsi və ya zədələnməsi ilə bağlı daxil olmuş məlumat əsasında araşdırmalara başlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, martın 23-də qeyd olunan ərazidə qanunsuz işlərin aparılması polis əməkdaşları tərəfindən müəyyən olunaraq dayandırılıb. Araşdırmalarla qanunsuz işlərin 1978-ci il təvəllüdlü Ələsgər Cəfərov tərəfindən təşkil olunduğu, qaya daşlarının yerindən çıxarılmasının isə 1985-ci il təvəllüdlü Təbriz Orucov tərəfindən idarə olunan texnika vasitəsilə həyata keçirildiyi müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Ə.Cəfərov məsuliyyətə cəlb olunub.

Araşdırmalar davam etdirilir.

ZÜMRÜD

Избранный
7
42
baki-xeber.com

10Источники