RU

Avtomobil tarixində bu gün: saatda 200 kilometr sürət real oldu FOTO

ain.az bildirir, Avtosfer portalına istinadən.

1909-cu il martın 17-də avtomobil tarixində maraqlı hadisə baş verdi.

Avtosfer.az xəbər verir ki, həmin gün Britaniyadakı Bruklend trekində ilk dəfə olaraq avtomobildə 200 km/saatlıq sürət baryerini keçmək mümkün oldu.

“Blitzen Benz” (İldırım Benz) markalı avtomobil 1 kilometr yolu 31,32 saniyəyə qət etdi. Maşının orta sürəti 202,69 km/saat idi.

Rekordçu avtomobil 21,5 litrlik 200 at gücündə benzin mühərriklə təchiz edilmişdi. Müqayisə üçün deyək ki, bu həcmdə dizel mühərrikləri dövrümüzdə gəmilərə və lokomotivlərə quraşdırılır.

Britaniya uğurundan sonra maşın gəmiyə yüklənərək ABŞ-yə yola salındı və şirkətə çox gözəl reklam oldu. Artıq dünyada avtomobil yarışları intensivləşmişdi. Bu da texnikanın sürətli təkmilləşməsini şərtləndirirdi.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
40
avtosfer.az

1Источники