RU

Simonyandan "Artsax" sözü işlədən jurnalistə İRAD: "Qarabağ Azərbaycana məxsusdur"

Ajans.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat verilib. "Niyə "Artsax" deyirsiniz? Bəs kimsə Ermənistanın bəzi ərazilərinə Azərbaycan adları verəndə niyə əsəbiləşirsiniz?" - deyə spiker media nümayəndələrinə iradını bildirib. Simonyandan bir vaxtlar özünün "Artsax" dediyini soruşduqda, spiker belə cavab verib: "Yanılmışam. O halda, xahiş edirəm, hansısa ölkədə kimsə Yerevanı İrəvan, Sevanı isə başqa cür adlandıranda narahat olmayın".

Jurnalistlərin Sevanın Ermənistan ərazisi olması ilə bağlı şərhlərinə parlamentin spikeri belə cavab verib: "Qarabağ da Azərbaycana məxsusdur".(oxu.az)

Избранный
28
8
Ajans.az

10Источники