RU

“Qarabağ” belaruslu qapıçı ilə danışıq aparır

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

“İmişli”nin qapıçısı Andrey Sinenko "Qarabağ"a keçə bilər.Bizim.Media xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.Sinenkonun agenti Dmitri Xlebosolov "bel.football"ın müxbirinə verdiyi açıqlamada Ağdam təmsilçisinin 28 yaşlı qolkiperə maraq göstərdiyini təsdiqləyib:

 

"Statistikaya nəzər salsaq, Andrey hazırda Azərbaycanda ən yaxşı qapıçılardan biridir. Mən “Qarabağ”ın heyətinin formalaşdırılmasında kömək edən tanınmış agentə Sinenko ilə danışıqlar aparmaq üçün icazə vermişəm. Mövsüm başa çatdıqdan sonra Andreyin daha yüksək səviyyəyə keçməsi üçün bütün variantları nəzərdən keçirəcəyik".

Qeyd edək ki, Andrey Sinenko 2024-cü ilin yayından "İmişli"də çıxış edir. Belaruslu "əlcək sahibi" cari mövsümdə Premyer Liqada meydana çıxdığı 25 oyunda 35 qol buraxıb. Təcrübəli qolkiper 10 oyunda qapını toxunulmaz saxlamağı bacarıb.Rəşad Rafiqoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
3
bizim.media

4Источники