RU

Azərbaycanın U-17 millisi Bolqarıstanla heç-heçə etdi

BAKI, 24 mart. TELEQRAF

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində Bolqarıstan yığması ilə qarşılaşıb.

Teleqraf xəbər verir ki, “Xristo Botev” stadionunda keçirilən görüş heç-heçə nəticələnib.

Görüşdə Azərbaycan millisinin yeganə qolunu 39-cu dəqiqədə Əli Bəşirov penaltidən vurub.

Qeyd edək ki, B Liqasının 2-ci qrupunda yer alan Azərbaycan millisi martın 27-də Litva, 30-da isə Malta seçmələri ilə qarşılaşıb.

Избранный
47
3
teleqraf.com

10Источники