Azərbaycanın paracüdo üzrə millisi Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçiriləcək Dünya Kubokunda çıxış edəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Martın 24-dən 25-dək təşkil olunacaq yarışda ölkəmizi həm kişi, həm də qadın idmançılar təmsil edəcəklər.
Kişilərin mübarizəsində İsmayıl Muradov (J1, 70 kq), Əbdülərrəhman Rzazadə (J1, 70 kq), Məhəmməd Əkbərov (J2, 70 kq), Saleh Sultanov (J1, 81 kq) və Mehman Hüseynov (J1, +95 kq) tatami üzərinə çıxacaqlar.
Qadın idmançılardan isə Dürsədəf Kərimova (J2, +70 kq) və Xatirə İsmiyeva mükafatlar uğrunda mübarizə aparacaqlar.
Komanda turnirə baş məşqçilər İbrahim İbrahimov və Ramin İbrahimovun rəhbərliyi altında yollanıb.