RU

Poçettino və De Zerbi "Tottenhem"in baş məşqçi vəzifəsinə əsas namizədlərdir

İngiltərənin "Tottenhem" klubunun baş məşqçi postu üçün əsas namizədlər müəyyənləşib.

Aznews.az xəbər verir ki, London təmsilçisi hazırkı baş məşqçi İqor Tudorun mövsüm başa çatdıqdan sonra komandada qalması variantını istisna edir.

Tudor fevralda Tomas Frankın istefasından sonra klubla yayadək müqavilə imzalayıb.

Hazırda baş məşqçi postuna əsas namizədlər Roberto De Zerbi və əvvəllər də "Tottenhem"də işləmiş Maurisio Poçettinodur. Məhz Poçettinonun rəhbərliyi altında komanda 2018/2019 mövsümündə UEFA Çempionlar Liqasının finalına yüksəlib.

Qeyd edək ki, "Tottenhem" 31 turdan sonra 30 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Избранный
20
3
aznews.az

4Источники