RU

Donald Tramp Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığı aparıb » AzadMedia.az

Donald


ABŞ prezidenti Donald Trump Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığı aparıb.

Bu barədə Narendra Modi məlumat verib. Onun sözlərinə görə, tərəflər Qərbi Asiyada mövcud vəziyyətlə bağlı faydalı fikir mübadiləsi aparıblar.

Hindistan hökumət başçısı bildirib ki, ölkəsi gərginliyin azaldılmasını və regionda sülhün tezliklə bərpa olunmasını dəstəkləyir. O qeyd edib ki, Hörmüz boğazının açıq, təhlükəsiz və əlçatan qalması qlobal əhəmiyyət daşıyır.

Tərəflər, həmçinin sülh və sabitliyin təmin olunmasına yönəlmiş səylərlə bağlı əlaqəni davam etdirmək barədə razılığa gəliblər.

Избранный
56
1
azadmedia.az

2Источники