RU

“İranda lider dəyişikliyi siyasəti dəyişmir”

“İranda

“ABŞ-ın İranda ali liderin seçilməsinə təsir imkanları olduqca məhduddur və bu proses ölkənin daxili siyasi-dini mexanizmləri çərçivəsində həyata keçirilir”.

Bu fikirləri deputat Azər Badamov “Xalq Cəbhəsi”nə açıqlamasında deyib.

Deputat bildirib ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı hücumların əsas məqsədlərindən biri rejim dəyişikliyinə nail olmaq idi: “Hücumun ilk günlərində ali rəhbərlik və SEPAH-la bağlı yüksək rütbəli şəxslərin hədəfə alınması da bu planın tərkib hissəsi idi. Lakin bütün bunlara baxmayaraq, proses İranda hakimiyyət dəyişikliyinə gətirib çıxarmadı.İranda ali liderin seçilməsi xarici təsirlərlə deyil, Ekspertlər Məclisi tərəfindən həyata keçirilir və bu, daxili legitimliyə əsaslanır.ABŞ müharibənin ilk günlərində İranda kimin hakimiyyətə gələcəyi ilə bağlı müxtəlif ssenarilər üzərində dayanırdı. Amma bu ssenarilər Vaşinqtonun istədiyi kimi reallaşmadı.ABŞ Prezidenti Donald Trampın müharibə ilə bağlı planları da gözlənilən nəticəni verməyib. ABŞ qısa müddətli hərbi əməliyyatlar planlaşdırsa da, müharibə artıq üç həftədən çoxdur davam edir və bu, Vaşinqton üçün ciddi maliyyə yükünə çevrilib”.

O vurğulayıb ki, müharibənin uzanması qlobal iqtisadiyyata da mənfi təsir göstərir:

“Enerji bazarlarında qeyri-müəyyənlik artır. İran körfəz ölkələrinin neft satışında dollar asılılığını azaltmağa çalışır. Müharibə uzandıqca, Çin yuanının beynəlxalq bazarda mövqeyi güclənə və dollara rəqib kimi çıxış edə bilər”. Hazırda ABŞ daha çox müharibəni başa çatdırmaq yollarını axtarır. Onun fikrincə, Hörmüz boğazı ilə bağlı İrana verilən ultimatum müddətinin uzadılması da bunu göstərir. Parlament sədri Məhəmməd Bağır Qalibafın mümkün ali lider kimi təqdim olunması və onun ABŞ-la danışıqlar apara biləcəyi ilə bağlı məlumatların yayılması müəyyən siyasi mesaj xarakteri daşıyır.

Ancaq hətta Bağır Qalibaf ali lider seçilsə belə, İranın xarici siyasəti dəyişməyəcək. İran müharibənin dayandırılması üçün konkret şərtlər irəli sürür. Bunlara dəymiş ziyanın kompensasiyası, sanksiyaların ləğvi və ABŞ-ın ölkənin daxili işlərinə müdaxilə etməyəcəyinə dair zəmanət daxildir. Eyni zamanda, gələcəkdə hərbi əməliyyatların təkrarlanmayacağı ilə bağlı təminatlar da tələb olunur”.

Sonda deputat qeyd edib ki, bu şərtlər yerinə yetirilmədiyi halda, sülh danışıqlarının nəticə verməsi çətin görünür və qarşılıqlı hücumların davam etməsi ehtimalı qalır.

Günel Elxan

Избранный
62
1
xalqcebhesi.az

2Источники