RU

Türkiyə və Britaniya müdafiə nazirləri “Eurofighter Typhoon“ qırıcılarının tədarükünü müzakirə edəcək

Moderator.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Böyük Britaniyaya səfər edəcək.

Moderator.az "TRT Haber"ə istinadən xəbər verir ki, o, səfər çərçivəsində britaniyalı həmkarı Con Hili ilə ikitərəfli və regional müdafiə və təhlükəsizlik, eləcə də müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Eyni zamanda, görüş çərçivəsində Türkiyə ilə Böyük Britaniya arasında imzalanmış "Eurofighter Typhoon" qırıcı təyyarələrinin tədarükü məsələsi gündəmdə olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
5
moderator.az

6Источники