RU

Şalva Papuaşvili: Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığı yeni səviyyəyə yüksəltmək istəyir

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Tbilisi, 24 mart, AZƏRTAC

Biz ABŞ ilə əsl strateji tərəfdaşlığa başlamaq istəyirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili söyləyib.

O bildirib ki, Gürcüstan ABŞ ilə münasibətləri real əməkdaşlıq səviyyəsinə yüksəltmək niyyətindədir.

“ABŞ administrasiyası milli maraqlarımızın və strateji tərəfdaşlıqla bağlı mövqeyimizin nə olduğunu yaxşı bilir. Ona görə də biz bu münasibətləri yenidən başlamağı gözləyirik. Bu prosesdə heç bir problem görmürük, sadəcə olaraq müvafiq addımların atılmasını gözləyirik", - deyə Papuaşvili bildirib.

Onun sözlərinə görə, Gürcüstanın birinci xanımının, Parlament nümayəndə heyətinin ABŞ-yə səfərləri və aparılan müxtəlif söhbətlər bu münasibətlərin yenidən qurulacağına nikbinlik yaradır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
34
1
azertag.az

2Источники