RU

II Liqa: "Xankəndi də darmadağınla qalib gəldi, "Qaradağ Lökbatan"da

Azərbaycan II Liqaında XIX tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son oyun günündə 3 matç keçirilib. 

Liderlər "Xankəndi" və "Qaradağ Lökbatan" turu sürprizsiz başa vurublar. Qəzənfər Abbasovun baş məşqçisi olduğu lökbatanlılar İmişlidə "Kür-Araz"a böyük hesabla qalib gəlib. 

Zirvədə qərarlaşan qarabağlılar isə "Göygöl" səfərindən darmadağınla dönüblər. Beləliklə, "Xankəndi" əsas izləyicisi ilə 3 xallıq fərqi qoruyub.

Nəhayət, "Ağdaş" - "Şəmkir" oyununda da sevinən tərəf qonaqlar olublar. Qərb təmsilçisi özmkar qələbə qazanıb.

Xatırladaq ki, ötən gün baş tutan qarşılaşmalarda “Araz Saatlı” “Quba”nı, “Dinamo” isə “Ağstafa Gəncləri”ni 3:1 hesabı ilə üstələyib, “Şirvan” – “Şəki Siti” görüşündə məhsuldar heç-heçə (2:2) qeydə alınıb.

Azərbaycan II Liqası
XIX tur
24 mart

“Kür-Araz” – “Qaradağ Lökbatan” 2:5
Qollar:
B.Əliyev, 29. E.Məmmədov, 40 - İ.Hüseynov, 13. S.Allahquliyev, 45+4. İ.Zeynallı, 77. F.Abbaslı, 85. R.Orucov, 88.

“Göygöl” – “Xankəndi” 0:5
Qollar:
B.Teymurov, 26. H,Hüseynli, 31. E.Quliyev, 60; 83. E.Nəsibov, 66.

“Ağdaş” – “Şəmkir” 1:2
Qollar:
E.Süleymanov, 24 - İ.Camalov, 37. H.Atayev, 67.

Избранный
8
fanat.az

1Источники