RU

İspan mütəxəssis istefaya göndərildi

Meksika təmsilçisi "Atletiko San-Luis"in rəhbərliyi komandanın baş məşqçisi Gilyermo Abaskal ilə əməkdaşlığa son qoyub.

Fanat.Az xəbər verir ki, məlumatı sözügedən klubun rəsmi saytı yayıb.

İspaniyalı mütəxəssis 2025-ci ilin yayından bu vəzifəni tuturdu. 36 yaşlı çslışdırıcının rəhbərliyi altında 32 matça çıxan kollektiv 10 qələbə, 19 məğlubiyyət və 3 heç-heçə ilə yadda qalıb.

Abaskal daha öncə "Sevilya", "Qranada" (hər ikisi İspaniya), "Bazel" (İsveçrə), "Spartak" (Moskva, Rusiya) klublarında da işləyib.

Toğrul

Избранный
14
1
fanat.az

2Источники