RU

Lamiyədən uğursuz çıxış

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Atletikanın qaçış növü üzrə ikiqat paralimpiya və dördqat dünya çempionu Lamiyə Vəliyeva sağlamların Polşanın Torun şəhərində keçirilən qapalı məkanda dünya çempionatında uğursuz çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, 23 yaşlı idmançı yarımfinala da çıxa bilməyib.

O, 60 metr məsafəyə qaçışda gücünü sınayıb. Lamiyə finişə 7.65 saniyəyə gəlməklə 8 idmançı arasında sonuncu olub.

5-ci qrupdan yarımfinala vəsiqəni isə Dina Eyşer-Smit (Böyük Britaniya), Ana Azevedo (Braziliya) və Zo Hobs (Yeni Zelandiya) qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
20
3
qafqazinfo.az

4Источники