RU

Kremlin dili tərbiyəsizləşib Elxan Şahinoğlu

Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu sözlər siyasi şərhçi Elxan Şahinoğluya məxsusdur. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Vladimir Solovyov, Marqarita Simonyan, Mariya Zaxarova, Aleksandr Duqin və bunlara bənzər digərlərini irəli çəkərək, onlar vasitəsilə müxtəlif dövlətləri şantaj etməyə çalışır. Bu şəxslərin dilləriylə onlarla dövlət hədələnib. Bu isə münasibətlərin gərginləşməsinə səbəb olub. - Kremldən təlimat alan bu şəxslər bır sıra hallarda özlərini “ideya daşıyıcısı” kimi qələmə verərək fərqli təxribatçı təkliflərlə çıxış edirlər. Kreml təxribatçıları cazalandırmır, əksinə “bu onların şəxsi fikirləridir” deyib yaxasını kənara çəkmək istəyir. Halbuki, adları çəkilən şəxslər dövlət idarəetməsində təmsil olunurlar, dövlət kanallarındakı proqramların aparıcılarıdırlar,- deyə ekspert vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
1
azvision.az

5Источники