RU

Təbrizdə yüksək rütbəli komandir ailəsi ilə birlikdə həlak oldu

İranın Təbriz şəhərində yaşayış binasına endirilən raket zərbəsi nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin yüksək rütbəli komandiri Həmid Mirzadə həlak olub. İsrailin “12-ci kanal”ının yaydığı məlumata görə, hücum zamanı komandirlə yanaşı, onun ailə üzvləri də həyatını itirib. Zərbənin Təbrizin yaşayış massivində yerləşən çoxmərtəbəli binalardan birinə endirildiyi bildirilir.

NOCOMMENT.az xəbər verir ki, Həmid Mirzadə SEPAH-ın raket və aerokosmik proqramlarının icrasında mühüm rol oynayan hərbçilərdən biri idi. Hadisə yerindən alınan məlumatlara görə, raketin düşdüyü binada ciddi dağıntılar yaranıb və Mirzadə ilə birlikdə ailə üzvlərinin də dağıntılar altında qaldığı təsdiqlənib. Bu hadisə son günlər İranın müxtəlif şəhərlərində hərbi elitanı hədəf alan silsilə zərbələrin davamı kimi qiymətləndirilir. Rəsmi Tehran hələlik yüksək rütbəli hərbçinin ölümü ilə bağlı geniş açıqlama verməsə də, yerli mənbələr Təbrizdəki hücumun böyük itkilərə səbəb olduğunu qeyd edirlər. Regionda gərginliyin artdığı bir vaxtda belə strateji fiqurların hədəf alınması İranın hərbi komandanlıq strukturuna ağır zərbə hesab olunur.

Sara,
NOCOMMENT.az

Избранный
86
23
nocomment.az

10Источники