Bakı. Trend:
2025-ci ildə Azərbaycandan İsrailə fiziki şəxslərin pulköçürmələrinin həcmi 3,311 milyon ABŞ dolları təşkil edib.
Trend-inAzərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, 2024-cüildəki göstərici ilə müqayisədə 571 min ABŞ dolları və ya 20,8%çoxdur.
Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pulköçürmələrində İsrailin payı 0,7% təşkil edib.
Həmçinin 2025-ci ildə İsraildən Azərbaycana fiziki şəxslərin pulköçürmələrinin həcmi 12,163 milyon ABŞ dolları olub ki, bu da2024-cü ildəki göstərici ilə müqayisədə 1,5 milyon ABŞ dolları vəya 10,7% azalma deməkdir.
Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrindəİsrailin payı 1% təşkil edib.
2024-cü ildə Azərbaycandan İsrailə fiziki şəxslərin pulköçürmələrinin həcmi 2,740 milyon ABŞ dolları, əks istiqamətdə isə13,626 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fizikişəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici iləmüqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.
Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycanafiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dollarıtəşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1milyon ABŞ dolları və ya 8,7% çoxdur.