RU

Qazaxıstan Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu iki dəfə artırıb

Bakı. Trend:

2025-ci ildə Qazaxıstanın Azərbaycana birbaşa investisiyalarınınhəcmi 29,407 milyon ABŞ dolları təşkil edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 14,6 milyon dollar vəya 2 dəfə çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində Qazaxıstandan reallaşan investisiyaların payı 0,4% təşkiledib.

Azərbaycan isə öz növbəsində 2025-ci il ərzində Qazaxıstaniqtisadiyyatına 8,135 milyon dollar sərmayə qoyub ki, bu, əvvəlkiildəki göstərici ilə müqayisədə 1,5 milyon dollar və ya 15,6%azdır.

Birbaşa xarici investisiyaların ümumi həcmində AzərbaycandanQazaxıstana yatırılan investisiyaların xüsusi çəkisi 0,3% təşkiledib.

2024-cü il ərzində Qazaxıstandan Azərbaycana birbaşainvestisiyaların ümumi həcmi 14,8 milyon dollar, əks istiqamətdəisə 9,6 milyon dollara bərabər olmuşdu.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşaxarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub. Buisə 2024-cü ildəki göstəriciyə nisbətən 450,9 milyon ABŞ dolları vəya 6,4% azalma deməkdir.

Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstəriciilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.

Избранный
2
20
az.trend.az

10Источники