"Borussiya" (Dortmund) yenidən Ceydon Sançonu transfer etmək istəyir. 

Offsideplus.az xəbər verir ki, ingilis futbolçu "Mançester Yunayted"i cari mövsümün sonunda azad agent kimi tərk edəcək. Almaniya klubu bundan istifadə edərək Ceydon Sançonu birbaşa heyətinə cəlb etmək istəyir. Tərəflər arasında danışıqlar davam edir. 

Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. 

Qeyd edək ki, 26 yaşlı futbolçu 2017-2021 və 2024-cü illərdə "Borussiya"nın formasını geyinib.