RU

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun doğum günüdür.

Bizim.Media xatırladır ki, 24 mart 1981-ci ildə Astaranın Əzərüd kəndində anadan olan Pəncəli Teymurov orta təhsilini rayon məktəbində alıb.
 

MÖVZU İLƏ BAĞLI: 
Əfsanəyə çevrilən KÖLGƏ ADAM – Ermənilərin kabusuna çevrilən Pəncəli Teymurovun ev muzeyindən REPORTAJ -FOTO


Hərbi xidmətini başa vurduqdan sonra könüllü şəkildə Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirərək uzun illər Azərbaycan ordusunda fəaliyyət göstərib.

Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurub. Amma Pəncəli doğmalarının, elin, obanın şadyanalıq etdiyi toyda özünə bunları arzu edib:

" Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın".

2016-cı ilin Aprel döyüşləri zamanı Tərtər istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edən gizir Talış yüksəkliklərinin azad olunması uğrunda vuruşarkən şəhid olub.

O, doğulduğu kənddə dəfn edilib.

Hərbi tapşırıqları uğurla başa çatdırdığına görə müxtəlif döyüş mükafatları, medallarla təltif olunan Pəncəli, ən böyük mükafatını 2015-ci ilin 24 iyununda alıb.

2015-ci ildə işğal altında olan Kəlbəcər rayonundda xüsusi əməliyyat zamanı Ermənistan ordusuna məxsus bir neçə hərbi texnika, ağır artirelliya və 20-dən çox hərbçi məhv edib.

Bu əməliyyatda göstərdiyi yüksək bacarıq və peşəkarlığı, cəngavərliyi, nümunəvi xidməti nəzərə alınaraq komandanlığın təqdimatına əsasən ölkə Prezidentinin Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunub.

Bizim.Media

Избранный
39
1
bizim.media

2Источники