RU

“Velizar” SAXLANILIB? AÇIQLAMA

“Velizar” ləqəbli TikTokeri polis əməkdaşları şikayət əsasında müdaxilə edərək onu saxlayıb.

KONKRET.az xəbər verir ki, hadisə zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları qonşuların yüksək səsə görə narahatlıq keçirdiyini bildiriblər. Məlumata görə, TikToker izahat (ərizə) yazdıqdan sonra sərbəst buraxılıb.

“Velizar” açıqlamasında qeyd edib ki, qonşusu əvvəlcədən ona xəbərdarlıq etmədən birbaşa polisə şikayət edib və komendantlığa məlumat verməyib. O, hazırda vəziyyətinin yaxşı olduğunu, sadəcə bir qədər stress keçirdiyini bildirib.

Qeyd edək ki, bir müddət əvvəl “Velizar” 30 sutka müddətinə həbs edilmişdi.

Избранный
28
konkret.az

1Источники