RU

“Tam sağalmışam, düzgün diaqnoz qoydular” –Kilian Mbappe

“Real Madrid” və Fransa millisinin hücumçusu Kilian Mbappe diz zədəsinin tam sağaldığını açıqlayıb.

“Dizim yaxşıdır, hər şey qaydasındadır. Bilirəm ki, çoxlu yalanlar deyilib, çoxlu fərziyyələr var idi, amma bu, idmançının və ictimai xadimin həyatıdır. Mən buna öyrəşmişəm”-deyə Mbappe vurğulayıb.

“Mən tam sağalmışam. Parisdə düzgün diaqnoz qoydular və mövsümün sonunda ən yaxşı formama qayıtmaq üçün ən yaxşı həlli tapdıq”, – deyə Mbappenin sözlərini sitat gətirir.

Kilian Mbappe Fransa millisi ilə Braziliya (26 mart) və Kolumbiya (29 mart) ilə yoldaşlıq oyunlarına hazırlaşır.

AzPost.az

Избранный
33
1
azpost.info

2Источники