RU

İki ay əvvəl Bakıyə gələn senatror ABŞ-da nazir seçildi

ABŞ Konqresinin senatı Markveyn Mallin daxili təhlükəsizlik naziri vəzifəsinə təsdiqlənib.

News365.az xəbər verir ki, səvermənin nəticələrinə əsasən, Mallinin namizədliyini 54 senator dəstəkləyib, 45 senator isə əleyhinə səs verib. Təsdiq üçün sadə səs çoxluğu kifayət edib.

Məlumata görə 49 yaşlı respublikaçı M.Mallin Senatda Oklahoma ştatını təmsil edir.

Xatırladaq ki, martın 5-də ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem vəzifəsindən uzaqlaşdırılıb. "Nyu York Post" qəzetinin məlumatına görə, vəzifədən azad edilmə katibin ofis romantikası ilə bağlıdır. Bundan əvvəl ABŞ administrasiyası Minnesota ştatında artan gərginlik səbəbindən Noemin fəaliyyətini nəzərdən keçirməyə başlayıb.

Qeyd edək ki, bu ilin yanvarın 4-də ABŞ nümayəndə heyəti Bakıda səfərdə olub. Nümayəndə heyətinə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator Markveyn Mallin də daxil idi.

Избранный
42
11
news365.az

10Источники