RU

Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzi ilə Özbəkistanın Aqrar Elm və İnnovasiya Mərkəzi arasında anlaşma memorandumu imzalanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov "X" hesabında paylaşım edib.

Nazir bildirib ki, imzalanmış sənəd ölkələr arasında aqrar tədqiqat sahəsində əməkdaşlığın daha da genişlənməsinə və dərinləşməsinə mühüm töhfə verəcək.
 

"Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə keçirilmiş ikitərəfli görüş çərçivəsində mövcud əməkdaşlığın cari vəziyyəti və Dostluq bağında həyata keçirilmiş işlər ətrafında müzakirə apardıq.


Görüş zamanı Azərbaycan və Özbəkistanın digər ölkələrə birgə ixrac imkanları, aqrar sığota sahəsində azərbaycanlı mütəxəssislərin Özbəkistana dəstək göstərilməsi məsələləri müzakirə edildi", - paylaşımda qeyd edilib.



Bizim.Media

Избранный
31
12
bizim.media

10Источники