"Neftçi"nin yarımmüdafiəçisi Emil Səfərov legioner həyatı yaşaya bilər.

"Rekord.az"-ın əldə etdiyi məlumata görə, ona Yunanıstandan ciddi təklif var.

Bu ölkənin elita klublarından biri bu futbolçuya elçi düşüb (ad hələ ki bilinmir). "Neftçi" də bu transferə müsbət yanaşır. Səfərova son Premyer Liqa matçlarında daha çox şans verilməsinin səbəbi də onu daha yaxşı qiymətə sata bilməkdir.