RU

Yığmanın baş məşqçisi: Heyətdə yeni futzalçılar var

Bakı, 24 mart, AZƏRTAC

Xəbər verdiyimiz kimi, futzal üzrə Azərbaycan millisi martın 23-dən 26-dək Bakıda təlim-məşq toplanışı keçirir.

AZƏRTAC xəbər verir ki, məşqlərə başlayan komandanın baş məşqçisi Yevgeni Kukseviç hazırlıqla bağlı Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verib. Mütəxəssis aprel ayında 4 çətin oyun keçirəcəklərini bildirib: “Bizi aprel ayında 4 çətin oyun gözləyir. Bunu nəzərə alıb qısamüddətli olsa da, toplanış keçirməyi lazım bildik. Oyun planında üzərində işləməli olduğumuz məqamlar var. Eyni zamanda, heyətimizdə də bir neçə yeni futzalçı var. Onları yoxlamaq istəyirik ki, apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirək. Uşaqların əhval-ruhiyyəsi yaxşıdır, verilən tapşırıqları həvəslə yerinə yetirirlər. Çempionat oyunları arasında da müəyyən qədər vaxt var. Bundan maksimum yararlanmağa çalışırıq. Öyrənməliyik ki, oyunlarda işimiz yüngül olsun”.

Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da və 11-də Tbilisidə Gürcüstan, ayın 13-də və 15-də isə Aktau şəhərində Qazaxıstan yığması ilə yoldaşlıq oyunları keçirəcək.

Müxbir - Cavid Əliyev

Избранный
15
4
azertag.az

10Источники