RU

Kolumbiyada təyyarə qəzasında 66 hərbçi ölüb

Kolumbiya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "C-130 Hercules" təyyarəsinin ölkənin cənubunda qəzaya uğraması nəticəsində azı 66 hərbi qulluqçu həlak olub.

Bu barədə yerli "El Tiempo" qəzeti hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, həlak olanlar arasında Kolumbiya HHQ-nin 6, Milli Ordunun 58 və Milli Polisin 2 hərbi qulluqçusu var.

Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi davam edir, eyni zamanda, dörd hərbçi itkin düşmüş hesab olunur.

Избранный
46
6
qaziler.az

9Источники