RU

66 nəfər həlak oldu: DƏHŞƏTLİ QƏZA

Kolumbiyada hərbi təyyarənin qəzaya uğraması nəticəsində onlarla hərbçi həlak olub.

“Yeni Sabah” xəbər verir ki, hadisə ölkənin cənubunda, Putumayo bölgəsində baş verib. Lockheed C-130 Hercules tipli hərbi nəqliyyat təyyarəsi uçuş zamanı qəzaya düşüb.

Beynəlxalq KİV-lərin, o cümlədən Reuters və The Guardian-ın yaydığı məlumata görə, qəza nəticəsində azı 66 hərbi qulluqçu həyatını itirib.

Məlumata əsasən, təyyarədə ümumilikdə 100-dən çox hərbçi olub. Qəza nəticəsində çox sayda yaralı var, bir neçə nəfərin isə itkin düşdüyü bildirilir. Hadisə yerinə dərhal xilasedici qruplar cəlb edilib və axtarış-xilasetmə əməliyyatları davam edir.

İlkin ehtimallara görə, qəza texniki nasazlıq və ya əlverişsiz hava şəraiti ilə bağlı ola bilər. Bununla belə, rəsmi qurumlar hadisənin dəqiq səbəblərinin araşdırıldığını bildirir.

Qeyd edək ki, Kolumbiya son illərdə çətin coğrafi və iqlim şəraitinə görə hərbi və mülki aviasiya qəzaları ilə tez-tez gündəmə gəlir.

Hadisə ilə bağlı araşdırmalar davam edir.


Telegram kanalımız
Избранный
31
yenisabah.az

1Источники