Fransa millisinin sabiq futbolçusu Dimitri Payet karyerasını bitirib.
QOL.az "RMC Sport"a istinadən xəbər verir ki, bu barədə 38 yaşlı futbolçu özü açıqlama verib.
Son klubu Braziliyada “Vasko da Qama” olan hücumameyilli yarımmüdafiəçi "Ekselsior" (Niderland), "Nant", "Sent-Etyenn", "Lill", "Marsel" (hamısı Fransa), "Vest Hem" (İngiltərə) klublarında çıxış edib. O, Fransa millisinin heyətində keçirdiyi 38 oyunda 8 qol vurub.