RU

Azərbaycan üzərindən Ermənistana gübrə və qarabaşaq göndərilir

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikası ərazisindən tranzit keçməkləErmənistana gübrə və qarabaşaq məhsulları göndəriləcək.

Trend xəbər verirki, tranzit daşımalar çərçivəsində 4 vaqon gübrə və 1 vaqonqarabaşaq yola salınacaq.

Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidentiİlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuatabirgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuşErmənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradanqaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstantaxılının Ermənistana tədarükü olduğunu bildirib.

Dekabrın 18-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil benzini göndərib.

9 yanvar 2026-cı ildə Ermənistana ümumilikdə 2 698 ton yük (48vaqon), o cümlədən 1 742 ton Aİ-95 markalı benzin və 956 ton dizelyanacağı yola salınıb.

Yanvarın 11-də isə bu ölkəyə 979 ton Aİ-92 markalı avtomobilbenzini ilə yüklənmiş 18 vaqondan ibarət qatar göndərilib.

Fevralın 25-də isə Azərbaycandan Ermənistana 4 500 ton dizelyanacağı, martın 5-də 1 984 ton dizel yanacağı ilə yüklənmiş 31vaqon və 135 ton Rusiya gübrəsi ilə yüklənmiş iki vaqon, martın9-da Rusiya taxılı ilə yüklənmiş 7 vaqondan ibarət yük qatarı,martın 11-də isə ümumi çəkisi 1 023 ton (netto – 770 ton) olan 11vaqonda taxıl göndərilib.

Избранный
38
23
az.trend.az

10Источники