RU

Rəsmi Tehran Vaşinqtonun vasitəçilərlə ötürdüyü təklifləri nəzərdən keçirir

Tehran Vaşinqtonun böhranlı vəziyyətin həlli ilə bağlı üçüncü tərəflər vasitəsilə göndərdiyi təklifləri nəzərdən keçirir.

"Report"un məlumatına görə, bu barədə "CBS News" telekanalı İslam Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən xəbər yayıb.

Telekanalın həmsöhbətinin sözlərinə görə, İran tərəfi artıq Amerika tərəfinin təkliflərini alıb.

"Hazırda onlar nəzərdən keçirilmə mərhələsindədir", - mənbə bildirib.

ABŞ Prezidenti Donald Tramp cari danışıqlar çərçivəsində Vaşinqtonla Tehran arasında razılaşmalar əldə olunacağı təqdirdə, Hörmüz boğazının dərhal açılacağına əminliyini ifadə etmişdi. Onun sözlərinə görə, Vaşinqton Tehranla Yaxın Şərqdəki münaqişənin "tam nizamlanması" barədə "çox yaxşı" danışıqlar aparıb. Öz növbəsində, İran iddia edir ki, ABŞ ilə birbaşa təmas olmayıb.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə "Hizbullah" arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Избранный
54
far.az

1Источники