İrandan nüvə məsələsinin də tam bağlanmasını istəyirik.
Bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
“Bunu istəyəcəyik və düşünürəm ki, buna nail olacağıq. Bununla razılaşmışıq - bəli, razılaşmışıq. Biz uranın zənginləşdirilməsinin olmamasını istəyirik və eyni zamanda artıq zənginləşdirilmiş uranın da verilməsini tələb edirik. Əgər bu baş versə, bu, İranın özünü yenidən qurması üçün çox yaxşı başlanğıc olar”.