Havay adalarında baş verən güclü fırtına və daşqınlar nəticəsində Hollivud ulduzu Ceyson Momoa ailəsi ilə birlikdə Oahu adasında təhlükə altında qalıb.
Publika.az xəbər verir ki, o və ailəsi adanın şimal sahillərindən təxliyə edilib.
Vahiava bəndinin yarılması təhlükəsi kütləvi təxliyəyə səbəb olub.
Momoa bildirib ki, cümə günü elektrik enerjisi kəsilib. Pis hava şəraiti səbəbindən o, həftəsonuna planlaşdırılan musiqi tədbirini ləğv etməli olub.