RU

Hans-Diter Flik La Liqada ayın məşqçisi seçilib

Bakı. Trend:

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya LaLiqasında ayın ən yaxşı məşqçisi adına layiq görülüb.

Trend xəbər verirki, alman mütəxəssisin rəhbərliyi altında katalonlar mart ayında üçqələbə qazanıblar – “Atletik Bilbao”nu 1:0, “Sevilya”nı 5:2, “RayoValyekano”nu isə 1:0 hesabı ilə məğlub ediblər.

Səsvermənin nəticələrinə əsasən, 61 yaşlı mütəxəssis“Atletiko”nun baş məşqçisi Dieqo Simeone və “Levante”ninçalışdırıcısı Luis Kastronu geridə qoyub. Simeonenin komandası ayərzində iki qələbə və bir məğlubiyyət, Kastronun komandası isə birqələbə və iki heç-heçə əldə edib.

Qeyd edək ki, İspaniya çempionatının 29 turundan sonra“Barselona” 73 xalla turnir cədvəlinə başçılıq edir və ən yaxınizləyicisi “Real Madrid”i 4 xal qabaqlayır.

Избранный
60
az.trend.az

1Источники