RU

“Sabah”ın əvəzediciləri “Qarabağ”la oyundan sonra dava salıblar

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Əvəzedici Liqasının 21-ci turunun “Qarabağ-2” – “Sabah-2” görüşündə insident yaşanıb.

İdman.Biz sportinfo.az-a istinadən bildirir ki, 1:3 məğlub olan “Sabah”ın futbolçuları Binə qəsəbə stadionunun paltardəyişmə otağının şüşələrini qırıb.

Əsəblər o qədər tarıma çəkilib ki, məsələyə polis müdaxilə etməli olub. Hətta “Sabah”ın iki üzvü polis bölməsinə aparılıb.

Daha əvvəl matçın gedişində isə Ağdam klubunun baş məşqçisi Maksim Medvedev futbolçuları meydandan çıxarıb.

Çalışdırıcı bu addımı baş hakim Pərviz İbrahimovun qərarlarına etiraz olaraq atıb. Hadisələr 8-ci dəqiqədə “Sabah”ın bərabərlik qolu zamanı alovlanıb.

Hücumun əvvəlində yan xətt hakimi oyundan kənar vəziyyətə görə bayrağını qaldırıb, ardınca referi fitini səsləndirib, amma fitdən sonra vurulan qol qeydə alınıb. Kulminasiya nöqtəsi 43-cü dəqiqədə Sami Mmaenin qırmızı vərəqə ilə meydandan qovulması olub. Məhz bundan sonra Maksim Medvedev sərt qırar verib, futbolçular meydanı tərk edib.

Oyunda uzun fasilə yaranıb. Rəsmilər çətinliklə Medvedevi qərarından daşındırıb və oyun davam etdirilib.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
49
2
icma.az

10Источники