RU

“Nərimanın rəqabəti artırmaq üçün səviyyəmizi yüksəldəcəyinə ümid edirəm”

“Kolumbus Kru”nun baş məşqçisi Henrik Ridström “Toronto” oyununun (1:2) ardından  Nəriman Axundzadə barədə açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlama verən mütəxəssis azərbaycanlı oyunçudan gözləntilərinin böyük olduğunu bildirib:

“Bizim toparlanmaq, yaralarımızı sarımaq və bir araya gəlmək üçün vaxtımız var, lakin bunun üçün daha çox rəqabət lazımdır. Hazırda meydanda həddindən artıq çəkingən davranırıq. Ümid edirəm ki, Andre Qomes və Nəriman Axundzadə kimi komandaya yeni qoşulan futbolçular rəqabəti artırmaq üçün səviyyəmizi yüksəldə biləcəklər. Onların gəlişi ilə daha ciddi mübarizə aparmağımız çox vacibdir”.

Axundzadə sözügedən qarşılaşmanın 88-ci dəqiqəsində meydana daxil olaraq MLS-də çıxış edən ilk azərbaycanlı futbolçu kimi tarixə düşüb. Qarşılaşma “Toronto”nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Избранный
36
4
idmanxeber.az

10Источники