Ayətullah Xameneinin müşaviri, general Möhsün Rzayi rəsmi Tehranın mövqeyini açıq şəkildə ortaya qoyub.
Musavat.com xəbər verir ki, o, müharibənin dayandırılması üçün İranın əsas şərtlərini açıqlayıb.
Rzayinin sözlərinə görə, qarşıdurma yalnız Tehran tərəfindən irəli sürülən tələblər tam şəkildə yerinə yetirildiyi halda başa çata bilər. Bu şərtlər sırasında İrana vurulan ziyanın tam kompensasiya olunması, beynəlxalq sanksiyaların ləğvi və ABŞ-nin ölkənin daxili işlərinə müdaxilə etməyəcəyinə dair qəti zəmanət verilməsi dayanır.
General həmçinin vurğulayıb ki, Vaşinqtonun gələcəkdə İrana qarşı hərbi əməliyyatları təkrarlamaması ilə bağlı təminatlar da tələb olunur. Onun fikrincə, bu məsələlər həll olunmadan hər hansı sülh danışıqları nəticə verməyəcək.
Möhsün Rzayi əlavə edib ki, əgər İranın infrastrukturuna zərbələr davam edərsə, cavab addımları “qeyri-mütənasib” olacaq.
Musavat.com