RU

Drayzaytl sıradan çıxdı, Bobrovski 800-ə çatdı

“Toronto”nun hücumçusu Oston Mettyusun ardından daha bir MHL ulduzu üçün mövsüm bitib. “Edmonton”un hücumçusu Leon Drayzaytl da zədə üzündən müntəzəm çempionatın sonuna qədər oynamayacaq. 30 yaşlı almaniyalı martın 16-da keçirilən “Neşvill” ilə oyunda bədənin aşağı hissəsindən zədə alıb. Leon cari mövsümdə keçirdiyi 65 oyunda 97 (35+62) xal toplayıb. Ötən mövsüm isə 52 qol vurmaqla müntəzəm çempionatın snayper olub. “Edmonton” 68 oyundan sonra 75 xalla Qərb konfransının turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.
Srağagün “Vankuver”ə qarşı oyun “Florida”nın rusiyalı qolkiperi Sergey Bobrovski üçün əlamətdar olub. Karyerasında 800-cü oyuna çıxan 37 yaşlı hokkeyçi rusiyalı qolkiperlər arasında bu göstəricidə liderliyi ələ keçirib. O, hesabında 799 oyun olan Nikolay Habibullini arxada qoyub.
Bobrovski MHL karyerasında 2010-un mayında “Filadelfiya”da başlayıb. 2012-də “Kolambus”a keçib, 2019-dan bəri isə “Florida”nın şərəfini qoruyur. 800 oyunun 533-də qələbə qazanan Sergey zərbələrin 91,3 faizini qaytarıb. O, MHL-də 400 qələbə həddinə çatan ilk qapıçıdı. Ümumiyyətlə, Bobrovski bütün qapıçılar arasında 400-cü qələbəni hamıdan tez – 707-ci oyunda qazanıb.
17 mart
Detroyt – Kalqari 5:2 (0:1, 4:1, 1:0)
Nyu-Cersi – Boston 4:3 OT (0:2, 2:0, 1:1, 1:0)
Reyncers – Los-Anceles 1:4 (0:1, 0:2, 1:1)
Dallas – Yuta 3:6 (1:1, 1:1, 1:4)
Kolorado – Pittsburq 2:7 (2:4, 0:2, 0:1)
18 mart
Kolambus – Karolina 5:1 (2:0, 2:1, 1:0)
Monreal – Boston 3:2 OT (1:1, 1:1, 0:0, 1:0)
Toronto – Aylenders 1:3 (0:2, 1:1, 0:0)
Vinnipeq – Neşvill 3:4 B (1:1, 1:1, 1:1, 0:0)
Çikaqo – Minnesota 3:4 OT (1:3, 1:0, 1:0, 0:1)
Edmonton – San-Xose 5:3 (3:1, 0:2, 2:0)
Vankuver – Florida 5:2 (3:1, 1:1, 1:0)
Veqas – Baffalo 0:2 (0:1, 0:0, 0:1)
Sietl – Tampa-Bey 2:6 (0:2, 2:1, 0:3)
19 mart
Karolina – Pittsburq 6:5 OT (1:0, 1:1, 3:4, 1:0)
Reyncers – Nyu-Cersi 3:6 (1:2, 1:1, 1:3)
Vaşinqton – Ottava 4:1 (0:0, 2:0, 2:1)
Kalqari – Sent-Luis 2:1 B (1:0, 0:1, 0:0, 0:0)
Kolorado – Dallas 1:2 B (1:0, 0:1, 0:0, 0:0)
Anahaym – Filadelfiya 2:3 OT (0:1, 1:1, 1:0, 0:1)
***

Избранный
40
3
football-plus.az

9Источники