RU

İran XİN ABŞ ilə danışıqlar barədə məlumatları şərh edib

"İran hökuməti ABŞ ilə heç bir danışıq aparmayıb, vasitəçilərin müvafiq təkliflərinə öz mövqeyini bildirib".

Moderator.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai IRNA agentliyinə bildirib.

"Son bir neçə gün ərzində bəzi dost ölkələrdən ABŞ-nin müharibəni dayandırmaq üzrə danışıqlar aparmaq xahişi ilə bağlı müraciətlər daxil olub ki, onlara da ölkənin prinsipial mövqelərinə uyğun olaraq müvafiq cavab verilib", - deyə o vurğulayıb.

Bəqai son 24 gün ərzində ABŞ ilə hər hansı bir danışıq və müzakirə aparıldığı barədə məlumatı təkzib edərək, İranın Hörmüz boğazı və atəşkəs şərtləri ilə bağlı mövqeyinin dəyişmədiyini bildirib.

Избранный
29
moderator.az

1Источники