RU

Maskeranodan Messi ilə bağlı vacib açıqlama

“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano Lionel Messinin “İnter Mayami”dəki gələcəyi ilə bağlı sualı cavablandırıb.

Publika.az xəbər verir ki, Maskerano “Nyu-York Siti” ilə oyundan sonra verdiyi müsahibədə bildirib:

“Biz Leoya mümkün qədər qayğı göstərməyə çalışırıq. O, meydanda özünü rahat hiss edir. İndi o, milli komandaya gedir və qayıdanda işlərin necə gedəcəyini görəcəyik. O, məqsədlərimizə çatmaq üçün vacib oyunçudur – onsuz bu mümkün olmazdı”.

Избранный
22
publika.az

1Источники